"Zirə" "Sumqayıt"la oyuna 4 itki ilə çıxacaq

18:30 - 17 May 2018

"Zirə" Topaz Premyer Liqasının sonuncu - 28-ci turunda "Sumqayıt"ın qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, "qartallar" avrokuboklar və 3-cü yer uğrunda mübarizədə vacib olan görüşə 4 itkiylə çıxacaq.

 

Müdafiəçilər - Aleksandr Şemonayevlə Yovan Krneta zədə səbəbindən bu oyunu da buraxacaqlar. Komandanın digər müdafiəçisi Jozef Bum və yarımmüdafiçi Milan Duriçin isə cəzası var.

 

Qeyd edək ki, "Sumqayıt" - "Zirə" qarşılaşması mayın 20-də, saat 17:15-də "Kapital Bank Arena"da keçiriləcək.

Xəbər xətti