"Qəbələ"nin 2 komandası finalda

AFFA-nın aşağı yaş qrupları üzrə komandalar arasında keçirdiyi liqalarda növbəti matçlar baş tutub.

 

Sportal.az xəbər verir ki, “Qəbələ” Futbol Akademiyasının komandaları müvafiq liqalarda qüvvələrini sınayıblar.

 

U-13, U-11 və U-10 final mərhələsində mübarizəni davam etdirib. Bu komandalar yarımfinal matçlarına çıxıblar. U-13 “Səbail”lə cavab oyununda qolsuz heç-heçə etsə də, ilk görüşdəki səfər qolları (2:2) “qırmızı-qaralar”a finala vəsiqə qazandırıb.

 

U-11 yarımfinal səddini adlaya bilməyib. Səfərdə “Neftçi”yə 0:5 hesabı ilə uduzan “qırmızı-qaralar” ev oyununda da məğlubiyyətlə üzləşib – 0:1. “Qəbələ” bürünc medal uğrunda mübarizə aparacaq.

 

U-10 komandamız isə “Vətən”lə ev oyununda 2:3 hesabı ilə məğlub olsa da, finala yüksəlib. Buna “Qəbələ”nin səfərdəki ilk oyunda əldə etdiyi 3:1 hesablı qələbə səbəb olub.

 

Artıq çempionluğu təmin U-17 və U-16, həmçinin U-15 də növbəti görüşlərini keçirib. U-17 XXXII turda “Kəpəz”ə 3:1 hesabı ilə qalib gəlib. Komanda 32 matçda 80 xal toplayıb. U-16 öz meydanında “Neftçi”yə uduzub – 1:4. 28 oyundan sonra komandanın hesabında 64 xal var. Çempionluq uğrunda mübarizə aparan U-15 “Səbail”lə səfər görüşündə xal itirib – 2:2. 27 oyunda 66 xal toplayan “qırmızı-qaralar” 2-ci pillədə qərarlaşıb.

Tarix: 17 May [18:44]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Avqust 2018
19  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio