"Qalatasaray" Prandelliyə 7 milyon avro ödəyəcək

18:58 - 17 May 2018

Çesare Prandelli məhkəmədə sabiq komandası “Qalatasaray”a qalib gəlib.

 

Sportal.az xəbər verir ki, İstanbul klubu italiyalı mütəxəssisə təzminat haqqı ödəməli olacaq.

 

2014-15 mövsümündə “sarı-qırmızılılar”ı 16 rəsmi matça çıxaran Prandelli müqavilənin birtərəfli ləğvi ucbatından İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmişdi. Məsələ ilə bağlı qərar çalışdırıcının lehinə olub. Türkiyə klubu 60 yaşlı mütəxəssisə 7 milyon avro təzminat ödəyəcək.

 

Çesare Prandellinin son klubu Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi “Əl-Nasr” olub.

Xəbər xətti