"Neftçi"nin sabiq futbolçusu Portuqaliya klubunda

00:31 - 18 May 2018

Portuqaliya Premyer Liqasında mübarizə aparan "Braqa" cari mövsüm Almaniya Bundesliqa təmsilçisi "Ştutqart" klubunda çıxış edən Ailton Silvanı heyətinə qatıb.

 

Sportal.az xəbər verir ki, bu barədə Portuqaliya klubunun saytı məlumat yayıb. 23 yaşlı müdafiəçi "Braqa"da 1 illik icarə əsasında çıxış edəcək. Sol cinah müdafiəçisi satın alma şərtiylə icarəyə götürülüb.

 

Qeyd edək ki, Ailton 2015/16 mövsümündə icarə əsasında "Neftçi"də çıxış edib. Braziliyalı futbolçu paytaxt klubunda 36 oyun keçirmişdi və 3 qol vurmuşdu. Cinah müdafiəçisi "Ştutqart"da 5 oyun keçirib.

Xəbər xətti