Qvardiola yeni müqavilə imzaladı

00:44 - 18 May 2018

“Mançester Siti” baş məşqçisi Pep Qvardiola ilə müqaviləni yeniləyib.

 

Sportal.az xəbər verir ki, ispaniyalı çalışdırıcının yeni sözləşməsi 2021-ci ilin yayına qədər nəzərdə tutulub.

 

Qeyd edək ki, 47 yaşlı mütəxəssis 2016-cı ildən “şəhərlilər”i çalışdırır. O, bu mövsüm komandasına Premyer Liqa çempionluğu yaşadıb.

Xəbər xətti