"Yuventus" Buffona əvəzləyici tapdı

Mövsümün sonunda Canluici Buffonla yolları ayıracaq "Yuventus" təcrübəli qapıçısının əvəzləyicisini tapıb.

 

Sportal.az xəbər verir ki, Turin təmsilçisi "Cenoa"nın qolkiperi Mattia Perini transfer edəcək. "Qoca sinyora" 25 yaşlı "əlcək sahibi" ilə razılıq əldə edib.

 

"Yuventus" Perinin transferi üçün "Cenoa"ya 8 milyon avro ödəyəcək. 5 illik müqaviləyə qol çəkəcək gənc qapıçı İtaliya çempionunda ilinə 2,5 milyon avro qazanacaq.

Tarix: 18 May [12:40]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Sentyabr 2018
24  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio