Toşiç rəsmən Çin klubunda

13:50 - 18 May 2018

"Beşiktaş"da ayrılıq reallaşıb. Duşko Toşiç komandanı tərk edib.

 

Sportal.az xəbər verir ki, serbiyalı müdafiəçi İstanbul təmsilçisini Çinin "Quançjou Fuli" klubuna dəyişib. 33 yaşlı futbolçu yeni komandası ilə 3 illik müqavilə imzalayıb. Anlaşmanın dəyəri 10 milyon avrodu.

 

Toşiç "Beşiktaş"a 2015-ci ildə "Gənclərbirliyi"ndən azad agent kimi keçmişdi.

Xəbər xətti