Cerrard "Reyncers"də ilk transferini həyata keçirdi

14:14 - 18 May 2018

Stiven Cerrardın baş məşqçi olduğu "Reyncers" ilk transferini reallaşdırıb.

 

Sportal.az xəbər verir ki, Şotlandiya təmsilçisi "Hall Siti"dən Allan Makqreqoru rənglərinə bağlayıb. 36 yaşlı "əlcək sahibi" iki illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, Makqreqor bu mövsüm 44 oyun keçirib və qapısında 66 qol görüb. "Reyncers" yetirməsi olan şotlandiyalı qapıçı "Hall Siti"yə 2013-cü ildə "Beşitaş"dan keçmişdi.

Xəbər xətti