"Qarabağ" "Atletiko"nu təbrik etdi

14:57 - 18 May 2018

"Atletiko" UEFA Avropa Liqasının finalında "Marsel"ə 3:0 hesabı ilə qalib gələrək turnirin qalibi olub. Bu, Madrid klubunun turnir tarixində 3-cü zəfəri olub.

 

Sportal.az xəbər verir ki, bu münasibətlə "Qarabağ" sosial şəbəkə hesabında "hindular"ı təbrik edib.

 

Qeyd edək ki, "Atletiko" "Çempionlar Liqasında "Qarabağ"la eyni qrupda mübarizə aparmışdı. Dieqo Simeonenin komandası Ağdam klubu ilə hər iki görüşdə heç-heçə edərək mübarizəsini Avropa Liqasında davam etdirmişdi.

Xəbər xətti