Ufuk Budak Premyer Liqamıza gəlir?

17:23 - 18 May 2018

Millimizin üzvü Ufuk Budakın yeni müəyyənləşməyib.

 

Sportal.az xəbər verir ki, sol cinah müdafiəçisi Türkiyənin "Samsunspor" klubundan ayrıldıqdan sonra özünə komanda axtarmaqda davam edir. Ufuk Almaniyanın 3-cü və Türkiyənin 1-ci divizionundan gələn təkliflərə müsbət cavab verməyi planlaşdırır.

 

Qış fasiləsində 27 yaşlı oyunçunun Azərbaycana gəlmək variantı da var idi. Agentlər tərəfindən "Zirə"yə önərilən futbolçu daha sonra da ölkəmizə gəlməkdən imtina etmişdi. Karyerasında geriləmə olan oyunçu bu dəfə ölkəmizdən yaxşı təklif alacağı halda, buna müsbət yanaşmağı düşünür.

 

Qeyd edək ki, Ufuk ötən ildən "Samsunspor"da çıxış edirdi. O, klubdan ayrılaraq Almaniyaya istirahətə yollanıb. Onun millimizin növbəti toplanışında dəvət alacağı gözlənilir.

Xəbər xətti