Dadaşova yaxın duran tapılmır: Bundesliqa arzusu ürəyində qaldı

17:56 - 18 May 2018

Millimizin üzvü Renat Dadaşov klub axtarışlarını davam etdirir.

 

Sportal.az xəbər verir ki, "Ayntraxt"dan qovulan futbolçunun ötən günlərdə parkda məşq etdiyi videosu sosial şəbəkələrdə yayımlandı.

 

İntizamsızlığa görə gənc vaxtlarında ad çıxaran Dadaşov Bundesliqa klublarından birinə keçməyi arzu edirdi. Lakin bu, onun üçün ancaq yuxu ola bilər. Belə ki, ipə-sapa yatmayan futbolçuya Bundesliqa klubları yaxın durmaq istəmir. Bu gedişlə Renat II Bundesliqada da klub tapmayacaq. Pul hərisi kimi tanınan forvardın gələcəyi böyük sual altındadır.

 

Cari mövsüm aşağı səviyyədə oynayan 19 yaşlı hücumçu qış fasiləsində artıq çəkisi olduğu üçün əsas komanda ilə təlim-məşq toplanışına aparılmamışdı. Klubun idman direktoru Freddi Bobbi millimizin üzvünü yeyib yatmaqda günhalndırmış və artıq çəkisinin olmasına görə əsas komanda ilə təlim-məşq toplanışlarına qatılmamasını bildirmişdi.

 

Aşağı səviyyədə oynayan Renat meydanda söz sahibi olmadığını görərək qolunun gücünü sınamaq qərarına gəlmişdi. Əzələsini komanda yoldaşını döyməklə nümayiş etdirən hücumçu bununla kifayətlənməyərək, məşqçini ən ağır sözlərlə təhqir etmişdi. Bu səbəbdən də "Ayntraxt" millimizin üzvünü komandadan qovmuşdu.

Xəbər xətti