Nazarovun komandası ilk oyunda heç-heçə etdi

00:17 - 19 May 2018

Millimizin üzvü Dmitri Nazarovun formasını geyindiyi “Aue” Almaniya 2-ci Bundesliqasında qalmaq üçün ilk pley-off oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, 18 iştirakçı arasında 16-cı olaraq 2-ci Bundesliqanı tərk etmək təhlükəsi ilə üzləşən komanda 3-cü Bundesliqada 3-cü pilləni tutmaqla üst liqaya yüksəlmək şansı əldə edən “Karlsrue” ilə qarşılaşıb. "Aue" əfərdə keçirilən ilk oyundan qolsuz heç-heçə ilə ayrılıb.

 

Nazarov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 73-cü dəqiqədə əvəzlənib.

 

Bu komandalar arasındakı cavab görüşü mayın 22-də Auedə keçiriləcək.

Xəbər xətti