"Parma" İtaliya A Seriyasına qayıtdı

01:01 - 19 May 2018

İtaliya A Seriyasına "Empoli"nin ardından yüksələn ikinci komanda müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, B Seriyasının sonuncu - 42-ci turunda "Parma" səfərdə "Spetsiya"nı 2:0 hesabı ilə məğlub edərək xallarının sayını 72 edib və elitaya yüksəlib.

 

"Parma" 2015-ci ildə iflas olduğu üçün D Seriyasına göndərilmişdi. Ardıcıl 3 il liqalardan yüksələn komanda növbəti mövsüm A Seriyasında çıxış edəcək.

Xəbər xətti