Nəbiyev oynamadı, komandası qalib gəldi

13:26 - 19 May 2018

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi Gürcüstanın “Şevardeni” komandası növbəti oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Gürcüstanın 2-ci liqasının 12-ci turu çərçivəsində səfərdə “Tsxinvali” ilə qarşılaşan həmyerlimizin komandası bu matçdan qələbə ilə ayrılıb - 1:0.

 

Fərid bu qarşılaşmanın iştirakçısı olmayıb. O, U-20 yığmamızın Bakıdakı toplanışına dəvət aldığından, hazırda bu klubun düşərgəsində deyil.

 

Geridə qalan turlarda 6 oyunda forma şansı qazanan Fərid indiyə qədər 2 qol vurub, 2 məhsuldar ötürmənin müəllifi olub.

 

12 turdan sonra hesabında 19 xal olan “Şevardeni” 10 komanda arasında 5-ci pillədə qərarlaşıb.

Xəbər xətti