Buffon PSJ-dən təklif aldı

14:40 - 19 May 2018

Mövsümün sonunda "Yuventus"dan ayrılacağını bəyan edən, lakin karyerası ilə bağlı yekun qərar verməyən Canluici Buffon üçün yeni iddia ortaya atılıb.

 

Sportal.az xəbər verir ki, Fransa və İtaliya mətbuatlarında çıxan məlumatlara görə, Fransanın PSJ klubu 40 yaşlı əlcək sahibinə 2 illik təklif göndərib. Ona illik məvacib 8 milyon avro təklif olunub.. Təkliflər aldığını vurğulayan Buffon qərarını növbəti həftə verəcək.

 

Qeyd edək ki, italiyalı qolkiper Turin klubunda 665 oyun keçirib.

Xəbər xətti