Platinidən şok açıqlama: Braziliya ilə qarşılaşmamaq üçün saxtakarlıq edilib

15:27 - 19 May 2018

UEFA-nın keçmiş prezidenti və Fransa millisinin əfsanəsi Mişel Platini şok açıqlama verib.

 

Sportal.az xəbər verir ki, sabiq futbolçu DÇ-1998-də saxtakarlıq etdiklərini açıqlayıb. O püşkatmada fırldağa əl atdıqlarını etiraf edib. Platini finala qədər Fransanın turnirin favoritlərindən olan Braziliya ilə qarşılaşmaması üçün bu addımın atıldığını söyləyib.

 

Mundialda Fransa C, Braziliya isə A qrupunda mübarizə aparıb və qrupu lider tamamladıqları üçün finala qədər yolları kəsişməyib.

 

Finalda üz-üzə gələn komandaların duelində Fransa Zinəddin Zidanın dublu və Emanuel Petitin qolları ilə 3:0 hesabı ilə qalib gələrək dünya çempionu olmuşdu.

 

Əlavə edək ki, Platini rüşvətxorluğa görə futboldan uzaqlaşdırılıb.

Xəbər xətti