"Napoli" müdafiəçisi üçün 120 milyon avro tələb edir

17:55 - 19 May 2018

"Napoli"də bu mövsüm göstərdiyi oyunla nəhəng klubların transfer radarına düşən Kalidu Kulibali üçün yeni qərar verilib.

 

Sportal.az xəbər verir ki, neapollular 26 yaşlı futbolçunu transfer etmək istəyən klublardan 120 milyon avro tələb edir. İtaliya mətbuatının məlumatına görə, 26 yaşlı futbolçu üçün "Real", "Çelsi" və "Mançester Yunayted" mübarizə aparır. "Napoli" isə Seneqal millisinin üzvünün transferində qiyməti aşağı endirmək istəmir.

 

2014-cü ildən "Napoli"də oynayan müdafiəçi bu mövsüm 44 oyuna 5 qol vurub, 1 assist edib.

Xəbər xətti