"Qalatasaray" Türkiyə Super Liqasının qalibi oldu

00:00 - 20 May 2018

Türkiyə Super Liqasında 2017-2018 mövsümünün qalibi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, sonuncu – 34-cü turda səfərdə “Göztəpə”ni 1:0 hesabı ilə məğlub edən “Qalatasaray” xallarının sayını 75-ə çatdıraraq 21-ci çempionluğunu rəsmiləşdirib.

 

Doğma meydanda “Konyaspor”a qalib gələn (3:2) və “Qalatasaray”dan 3 xal geri qalan “Fənərbaxça” gümüş medallara sahib çıxıb. “Başakşəhər” "Kasımpaşa"nı 3:2 hesabı ilə yenərək 72 xalla mövsümü 3-cü pillədə bitirib.

 

Qeyd edək ki, “Qalatasaray” (qrup) və “Fənərbaxça” (seçmə) Türkiyəni Çempionlar Liqasında təmsil edəcək. “Başakşəhər”, “Beşiktaş” (hər ikisi seçmə) və kubokun qalibi “Akhisarspor” (qrup) isə Avropa Liqasında mübarizə aparacaq.

Xəbər xətti