"Zirə", "Neftçi" və "Keşlə" qalib gəldi YENİLƏNİB

19:11 - 20 May 2018

Bu gün Topaz Premyer Liqasında sonuncu - 28-ci tura start veriləcək. 

 

Sportal.az xəbər verir ki, ilk oyun günündə 3 oyun keçiriləcək.

 

“Neftçi” səfərdə “Kəpəz”in qonağı olacaq. Tərlan Əhmədovun komandası Gəncədə qələbə qazansa, mövsümü bürünc medalla başa vuracaq.

 

Sumqayıtda eyniadlı komanda “Zirə”ni qəbul edəcək. Avrokuboklara vəsiqə uğrunda mübarizədə “Zirə”ni heç-heçə də qane edir. Lakin dördüncü yeri tutmaq və avrokuboklar şansını saxlamaq üçün Samir Abasovun komandası mütləq meydanı 3 xalla tərk etməlidir.

 

Digər matçda isə “Səbail” “Keşlə”ni sınağa çəkəcək.

 

Qeyd edək ki, mövsümə sabah keçiriləcək “Qəbələ” - “Qarabağ” matçı ilə yekun vurulacaq. Paytaxtda oynanılacaq bu görüşdən sonra Peşəkar Futbol Liqası ilk üçlüyün sahiblərinə medalları təqdim edəcək. 

 

Topaz Premyer Liqası

28-ci tur

20 may (bazar)

 

17:15 “Səbail” – “Keşlə” - 0:1

Qol: Rafael Məhərrəmli, 63
Hakimlər: Vüqar Həsənli, Zeynal Zeynalov, Mübariz Haşımov, Mehman Mahmudov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Murad Məmmədov
“Bayıl Arena”

 

17:15 “Kəpəz” – “Neftçi” - 1:2

Qollar: Şəhriyar Rəhimov, 68 - Ruslan Abışov, 63, Lukas Qomes, 79
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Elman Musayev, Ramil Diniyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Hakim-inspektor: Xaqani Məmmədov
Gəncə şəhər stadionu

 

17:15 “Sumqayıt” – “Zirə” - 1:2

Qollar: Cavid İmamverdiyev, 13 - Aleksandr Dedov, 68, Sadio Tounkara, 90+4
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Nahid Əliyev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Şahin Cəfərov
“Kapital Bank Arena”

Xəbər xətti