Millinin heyəti açıqlandı

12:14 - 20 May 2018

Mayın 24-də və 27-də Bakıda makedoniyalı həmyaşıdlarına qarşı keçirəcəyi yoldaşlıq oyunlarına hazırlıq məqsədilə bu gündən etibarən təlim-məşq toplanışına başlayan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb.

 

Sportal.az xəbər verir ki, millimizin baş məşqçisi Rəşad Sadıqov aşağıdakı futbolçuları sifariş edib:

 

Nicat Mehbalıyev (Qarabağ), Hüseynəli Quliyev (Səbail), Kamran İbrahimov (Neftçi), Amin Seydiyev (Qəbələ), Ricat Qarayev (Sabah), İbrahim Hüseynov (Qarabağ), Faiq Hacıyev (Qəbələ), Anton Krivotsyuk (Neftçi), Rüstəm Nuriyev (Qəbələ), Zahid Mərdanov (Səbail), Murad Qayalı (Keşlə), Təbriz Xubanov (Keşlə), Ziya Əzizov ("Den Boş", Hollandiya), İsmayıl İbrahimli (MOİK), Ruslan Hacıyev (Qarabağ), Tural Bayramlı (Sumqayıt), Şakir Seyidov (Səbail), Ərziman Rizvanov ("Banik Ostrava", Çexiya), Hacıağa Hacılı (Qəbələ), Süleyman Əhmədov (Sumqayıt), Fərid Nəbiyev ("Şevardeni-1906", Gürcüstan), Ozan Can Kökcü ("Valviyk", Hollandiya), Rafael Məhərrəmli (Keşlə), Əli Sadıxov (Qəbələ), Famil Camalov (Qarabağ), Kamran Əliyev ("Ximki", Rusiya).

Xəbər xətti