"Lester Siti"dən 25 milyon avroluq transfer

16:23 - 20 May 2018

İngiltərənin “Lester Siti” klubu yay transfer dönəmində ilk keçidini reallaşdırıb.

 

Sportal.az xəbər verir ki, “tülkülər” “Portu”nun cinah müdafiəçisi Rikardu Pereyranı transfer edib. 24 yaşlı futbolçunun keçidi üçün "əjdahalar"a 25 milyon avro ödənilib. Portuqaliya millisinin üzvü ilə 5 illik müqavilə bağlanılıb.

 

Pereyra son mövsümdə 43 oyuna 2 qol vurub, 7 assist edib.

Xəbər xətti