"Neftçi" Topaz Premyer Liqasında mövsümü üçüncü yerdə başa vurdu

19:14 - 20 May 2018

Topaz Premyer Liqasında 2017/2018-ci il mövsümünün bütün mükafatçıları məlum oldu.

 

Sportal.az xəbər verir ki, sona 4 tur qalmış çempionluğunu bayram edən “Qarabağ” rəqibləri üçün əlçatmaz olmuşdu. “Qarabağ”ın ardından “Qəbələ” gümüş medalları özü üçün təmin etmişdi. Bu gün keçirilən oyunlardan sonra isə bürünc mükafatın sahibi məlum oldu. Bürünc üçün ideal şansı olan “Neftçi”  bundan maksimum yararlandı. Belə ki, səfərdə “Kəpəz”i 2-1 hesabı ilə məğlub edən Tərlan Əhmədovun komandası digər oyunların nəticəsindən asılı olmayaraq, bürünc medallara sahib oldu. 


Qeyd edək ki, sabah baş tutacaq “Qəbələ” – “Qarabağ” oyunundan sonra Peşəkar Futbol Liqası tərəfindən mükafatlandırma mərasimi təşkil olunacaq. Topaz Premyer Liqasının qalib və mükafatçıları bu zaman öz medallarına qovuşacaqlar.

Xəbər xətti