İsrafilova şans verilmədi

10:10 - 21 May 2018

İspaniya Sequndasında 40-cı turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” doğma meydanda “Rayo Valyekano” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 4:0.

 

Eddi qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

 

“Alkorkon" geridə qalan turlarda 48 xal toplayıb və hazırda 22 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.

Xəbər xətti