Əsgərov dubl etdi, komandası 6 qola sevindi

11:11 - 21 May 2018

Latviya Birinci Liqasında 5-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” səfərdə “Preilu” ilə qarşılaşıb v' bu oyundan qələbə ilə ayrılıb – 6:0.

 

Vüqar start heyətdə meydana çıxıb və sonadək oynayıb. Komandasının iki qolunu da məhz Əsgərov vurub. O, 17-ci dəqiqədə penaltidən fərqlənib, 62-ci dəqiqədə isə dublunu rəsmiləşdirib. Bununla da Vüqar cari mövsümdə vurduğu qolların sayını 7-yə çatdırıb.

 

“Dauqavpils” beş turdan sonra maksimum - 15 xalla vahid liderdi.

Xəbər xətti