Çempionlar Liqasının qrupuna vəsiqə qazanan 26 komanda məlumdur: "Qarabağ" mübarizəyə nə vaxt başlayır?

11:55 - 21 May 2018

2018/19 mövsümündə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan 26 komanda bəlli olub.

 

Sportal.az xəbər verir ki, ölkəmizi turnirdə təmsil edəcək "Qarabağ" mübarizəyə I təsnifat mərhələsindən başlayacaq. Bu mərhələnin ilk oyunları 10-11 iyul, cavab matçları 17-18 iyulda keçiriləcək.

 

2018/19 mövsümündə ÇL-in qrupunda birbaşa oynayacaq komandalar:

 

İspaniya: "Barselona", "Atletiko", "Real", "Valensiya"

Almaniya: "Bavariya", "Şalke-04", "Hoffenhaym", "Borussiya" (Dortmund)

İngiltərə: "Mançester Siti", "Mançester Yunayted", "Tottenhem", "Liverpul"

İtaliya: "Yuventus", "Napoli", "Roma", "İnter"

Fransa: PSJ, "Monako", "Lion"

Rusiya: "Lokomotiv", SSKA

Portuqaliya: "Portu"

Ukrayna: "Şaxtyor"

Belçika: "Brügge"

Turkiyə: "Qalatasaray"

Çexiya: "Viktoriya"

Xəbər xətti