Fellaini "Milan" yolunda

13:30 - 21 May 2018

"Mançester Yunayted"lə müqaviləsi başa çatan Maruan Fellaini karyerasını "Milan"da davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, İtaliya təmsilçisinin idman direktoru Massimiliano Mirabelli açıqlamasında hələ razılıq əldə edilmədiyini deyib: "Fellaini yaxşı futbolçudur. "Mançester Yunayted"lə müqaviləsini yenilmədiyiin bilirik. Ancaq razılıq əldə etdiyimiz demək çətindir".

 

İtaliya mətbuatında gəzən xəbərlərə görə, "qırmızı-qaralar" belçikalı futbolçuya illik 6 milyon avro maaş olmaqla 3 illik müqavilə təklif ediblər.

 

Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi cari mövsüm "qırmızı şeytanlar"ın heyətində 23 oyuna 5 qol vurub, 1 assist edib.

Xəbər xətti