Argentina millisinin yekun heyəti açıqlandı: İkardi kənarda qaldı

Argentina millisinin DÇ-2018 üçün yekun heyəti açıqlanıb.

 

Sportal.az xəbər verir ki, baş məşqçi Xorxe Sampaoli bu mövsüm 29 qolla İtaliya A Seriyasının bombardiri olmuş “İnter”in hücumçusu Mauro İkardini 23-lüyə daxil etməyib.


Qapıçılar: Serxio Romero (“Mançester Yunayted”), Villi Kabalyero (“Çelsi”), Franko Armani (“River Pleyt”)

 

Müdafiəçilər: Markos Roxo (“Mançester Yunayted”), Kristian Ansaldi (“Torino”), Nikolas Talyafiko (“Ayaks”), Qabriel Merkado (“Sevilya”), Nikolas Otamendi (“Mançester Siti”), Federiko Fazio (“Roma”)

 

Yarımmüdafiəçilər: Maksimiliano Mesa (“İndependiente”), Xavier Maskerano (“Xebey Çayna Forçun”), Manuel Lanzini (“Vest Hem”), Covanni Lo Selso, Anxel Di Mariya (hər ikisi PSJ), Lukas Bilya (“Milan”), Ever Baneqa (“Sevilya”), Kristian Pavon ("Boka Xuniors"), Eduardo Salvio ("Benfika"), Markus Akuna ("Sportinq")

 

Hücumçular: Qonzalo İquayn, Paulo Dibala (hər ikisi “Yuventus”), Lionel Messi (“Barselona”), Serxio Aquero (“Mançester Siti”).

Tarix: 21 May [15:50]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 İyun 2018
23  İyun 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio