Türkiyədə baş məşqçi istefası

17:16 - 21 May 2018

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası reallaşıb.

 

Sportal.az xəbər verir ki, "Antalyaspor" baş məşqçisi Hamza Hamzaoğlu ilə yolları qarşılıqlı razılaşma əsasında ayırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Qeyd edək ki, 48 yaşlı mütəxəssis qış fasiləsində Antalya təmsilçisinin sükanı arxasına keçmişdi. "Antalyaspor" 38 xalla mövsümü 14-cü pillədə başa vurub.

Xəbər xətti