"Sumqayıt" kapitanla yeni müqavilə imzaladı

"Sumqayıt" klubu 2018/2019 mövsümü üçün heyətini müəyyənləşdirmək üçün çalışmalara başlayıb.

 

Sportal.az klub saytına istinadən xəbər verir ki, “kimyaçılar” ilk olaraq kapitan Vurğun Hüseynovla müqavilə imzalayıb. 30 yaşlı müdafiəçiylə yeni - 2 illik müqaviləyə imza atılıb.

 

Beş mövsümdü “Sumqayıt”ın şərəfini qoruyan Vurğun 2017/2018 mövsümündə bu komandanın heyətində 20 oyuna çıxıb və 1800 dəqiqə meydanda olub, bir qol vurub. Kapitan ümumilikdə isə "Sumqayıt"ın heyətində 131 qarşılaşmada meydana çıxıb.

 

Vurğun Hüseynovun "Sumqayıt"da debütü 2013-cü il avqustun 4-də gerçəkləşib. O, “Xəzər Lənkəran”la ev matçında (1:1) 90 dəqiqə meydanda mübarizə aparıb.

Tarix: 21 May [18:45]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Avqust 2018
21  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio