"Qarabağ"ın zədəlisi geri döndü - 7 aydan sonra

21:04 - 21 May 2018

"Qarabağ"ın və milli komandamızın müdafiəçisi Bədavi Hüseynov uzun müddət sonra yaşıl meydanlara ayaq basıb.

 

Sportal.az xəbər verir ki, Çempionlar Liqasında ötən ilin oktyabr ayında “Atletiko” ilə Bakıdakı matçda zədələnən futbolçu Topaz Premyer Liqasının 28-ci turunda "Qəbələ" ilə görüşdə ilin ilk oyununa çıxıb.

 

Qeyd edək ki, Bədavi Hüseynov 2012-ci ildən "Qarabağ"da çıxış edir. Müdafiəçi millinin Qırğızıstan, Qazaxıstan və Latviya ilə oyunlar üçün dəvət alıb.

Xəbər xətti