Almeyda "Fiorentina" varinatına aydınlıq gətirdi: "Bəlkə də geri döndüm" MÜSAHİBƏ

"Qarabağ”ın futbolçusu Riçard Almeyda Topaz Premyer Liqasının 28-ci turunda "Qəbələ”ni 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra müsahibə verib.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi son oyunu haqda danışıb:

 

- Təkcə futbolda yox, həyatda da belədir. Hansısa dövr başa çatır, bir yenisi başlayır. Azərbaycanda keçirdiyim illərdən ancaq xoş xatirələr qalacaq. Bu gediş vida deyil, bəlkə də geri döndüm, həyatda hər şey ola bilər.

 

- Adın "Fiorentina” və digər klublarla hallanır...

- Yox hələ dəqiq qərar verməmişəm. "Fiorentina” haqqında isə eşitməmişəm.

 

- Hansı ölkələrdən təkliflər var?

- Müqavilə imzalananda hamı biləcək.

 

- Ölkə xaricində hansısa klubda çıxış edəcəyiniz halda, yığmaya yenə gələcəksiniz?

- Nə qədər ki, mənə ehtiyac var, hər çağırışda millinin yanında olacağam. Mənim üçün şərəfdir.

 

- Altı ildir ki, burda yaşayırsınız, millidə də çıxış edirsiniz. Biz sizi özümüzünkü kimi bilirik. Siz özünüzü necə hiss edirsiniz?

- Təbii ki, hisslərimiz qarşılıqlıdır. Təkcə mən yox, hətta həyat yoldaşım da özünü burada yad hiss eləmir.

 

- Gedişinizdə həlledici məqam nə oldu?

- Futbol oynayan daha yaxşı bilər, bəzən nəyisə dəyişmək lazım gəlir. Məndə də məhz bu ehtiyac səbəbindən nəzərə aldıq ki, yerimizi dəyişək.

 

- Reynaldo "Qarabağ”dan gedəndən sonra karyerasında eniş yaşandı. Bundan ehtiyatlanmırsınız?

- Bu məsələ futbolçunun özündən asılıdır.

Tarix: 22 May [00:16]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 İyun 2018
22  İyun 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio