Millimizin üzvü "Sumqayıt"dan ayrıldı

12:16 - 22 May 2018

Mövsümü 5-ci pillədə başa vuran "Sumqayıt"da ilk ayrılıq reallaşıb.

 

Sportal.az xəbər verir ki, "kimyaçılar"ın əsas oyunçularından olan Amil Yunanov komandadan ayrılıb. Müqaviləsi bitən gənc forvard yeni sözləşmə imzalamayıb.

 

Millimizin üzvü saytımıza verdiyi açıqlamasında ayrılığı təsdiqləyib: "Sumqayıt"dan ayrıldım. Hazırda klubsuzam. Real təklif yoxdu".

 

Qeyd edək ki, Amil Yunanov bu mövsüm Topaz Premyer Liqasında 10 qol vurub.

Xəbər xətti