La Liqaya yüksələn ilk klub müəyyənləşdi

12:50 - 22 May 2018

İspaniya La Liqasına yüksələn ilk klub müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, "Hueska" klubu növbəti mövsümdən etibarən yüksək liqada çıxış edəcək.

 

"Hueska" Sequndanın 40-cı turunda səfərdə "Luqo"nu 2:0 hesabı ilə məğlub etməklə buna nail olub. Beləliklə, "Hueska" sona iki tur qalmış ilk iki pillədən birini təmin edib.

 

Qeyd edək ki, "Hueska" tarixində ilk dəfə La Liqada çıxış edəcək. 

Xəbər xətti