"Borussiya"nın yeni baş məşqçisi açıqlandı

13:20 - 22 May 2018

"Borussiya"nın yeni baş məşqçisinin adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisini Lusien Favr çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 60 yaşlı çalışdırıcı Dortmund təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, isveçrəli mütəxəssisin son iş yeri Fransanın "Nitsa" klubu olub.

Xəbər xətti