"Volfsburq" Bundesliqada qaldı

Futbol üzrə Almaniya Bundesliqasında mövsümü 16-cı pillədə başa vuraraq elitanı tərk etmək təhlükəsi ilə üz-üzə qalan “Volfsburq” 2-ci Bundesliqada 3-cü yeri tutmuş “Holştayn Kil” ilə cavab pley-off matçına çıxıb.

 

Sportal.az xəbər verir ki, Kil şəhərində baş tutan cavab qarşılaşmasında da “Volfsburq” qalib gəlib - 1:0. Doğma meydanda keçirilən görüşdə də 3:1 hesablı qələbəyə sevinən bu komanda əsas Bundesliqadakı yerini qoruyub.

 

Xatırladaq ki, mövsümü 17 və 18-ci pillələrdə başa vuran “Hamburq”la “Köln” 2-ci Bundesliqaya düşüb. 2-ci Bundesliqada çempion olan “Fortuna” (Düsseldorf) ilə ikinci pilləni tutan “Nürnberq” isə elitaya yüksəlib.

Tarix: 22 May [13:55]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Avqust 2018
20  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio