"Qarabağ" bu göstəricidə hamını üstələdi

15:41 - 22 May 2018

Topaz Premyer Liqasının başa çatan 2017/18 mövsümünün yekununda ən yaxşı ev və səfər komandaları müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, çempionatı ilk üçlükdə başa vuran “Qarabağ”, “Qəbələ” və “Neftçi” öz meydanlarında da hamıdan öndə olub. Ağdam klubu 33, digər 2 komanda 23 xal toplayıb.

 

Qurban Qurbanovun yetirmələri həm də səfərdə hamıdan öndə olmağı bacarıb - 32 xal. Roman Qriqorçukun yetirmələri bu göstəricidə də 2-cidi - 24 xal. 22 xal toplayan “Zirə” rəqib meydanlarının 3-cü komandasıdı.

 

Maraqlıdı ki, ilk iki yer kimi, son 3 pillə də yekunda, evdə və səfərdə dəyişməz qalıb. “Keşlə” 6-cı, “Səbail” 7-ci, “Kəpəz” sonuncudu. “Kəpəz” səfərdə evdəkindən çox xal toplayan yeganə komandadı. “Zirə” isə hər iki meydanda eyni - 22 xal toplayıb.

Xəbər xətti