Vüqar Həsənli Topaz Premyer Liqasında debüt etdi

Topaz Premyer Liqasının sonuncu - 28-ci turu baş hakim debütü ilə yadda qalıb.

 

Sportal.az xəbər verir ki, “Səbail” - “Keşlə” matçını (0:1) idarə edən Vüqar Həsənli Azərbaycan çempionatının yüksək dəstəsində ilk matçını keçirib. O, cari mövsümdə Premyer Liqa oyununu idarə edən 12-ci referidi. Əvvəlki 27 turun matçları 11 hakimə həvalə olunmuşdu.

 

Həsənli ölkə çempionatları tarixinə 97-cı baş hakim kimi düşüb. Belə ki, 1992-ci ildən keçirilən yarışda onadək 96 referi ədaləti qorumuşdu.

Tarix: 22 May [16:32]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Avqust 2018
18  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio