Poqba Kəbədən video paylaşdı, rekord qırdı

17:21 - 22 May 2018

"Mançester Yunayted"in və Fransa millisinin ulduzu Pol Poqba Ümrə ziyarətinə yollanıb.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi kəbənin ətrafında çəkdiyi videonu "instagram" hesabında paylaşıb. Poqba videoda bu sözləri söyləyib: "Bura gələnlər necə hiss olduğunu anlaya bilərlər. Buranı görməmisizsə, bir gün mütləq gəlib. Möhtəşəm yerdir. Duyğularımı sizə anlada bilmirəm. İnşallah, bura gələrsiz".

 

Poqbanın paylaşımı heyranları tərəfindən 3,6 milyon dəfə izlənildi. Videoya isə 37 mindən çox şərh yazılıb.

Xəbər xətti