Buffondan PSJ açıqlaması

"Yuventus"dan ayrılan Canluici Buffonun adı PSJ ilə hallanır.

 

Sportal.az xəbər verir ki, 40 yaşlı qapıçı təklif aldığını bildirib. O, bir neçə gün ərzində qərar verəcəyini deyib:

 

"PSJ-nin təklifini düşünmək və hər şeyi analiz etmək üçün bir neçə günə ehtiyacım var. Bunlar asan seçim deyil. 40 yaşında tez qərar verə bilmərsiz".

 

Qeyd edək ki, PSJ Buffona 2 illik müqavilə və kapitanlıq təklif edib. İtaliyalı qapıçı təklifi qəbul etsə, illik maaşı 8 milyon avro olacaq.

Tarix: 22 May [17:51]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 İyun 2018
22  İyun 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio