"Şaxtyor"dan Fred etirafı: "50 milyona satmadıq"

Adı "Mançester Siti"ilə hallanan "Şaxtyor"un yarımmüdafiəçisi Fred üçün Donetsk klubunun prezidenti Rinat Axmedov açıqlama verib.

 

Sportal.az xəbər verir ki, patron Braziliyanın dünya çempionatına yollanacaq heyətində yer alan futbolçunu qışda "Mançester Siti"yə satmadıqlarını deyib: 

 

"Qış transfer dönəmində Fredinn transferi üçün "Mançester Siti" ilə görüşmüşdük. 50 milyon avro təklif etdilər, ancaq rədd etmək məcburiyyətində qaldıq. Çünki Çempionlar Liqasında və ölkə çempionatında yaxşı gedirdik. Strategiyamıza görə, doğru qərar verdik. "Mançester Siti"dən yenə də ona oxşar məbləğdə təklif alacağımıza inanıram".

 

"Şəhərlilər"in çalışdırıcısı Pep Qvardiolanın israrla istədiyi 25 yaşlı futbolçu bu mövsüm 37 oyuna 4 qol vurub, 7 assist edib.

Tarix: 22 May [19:53]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Avqust 2018
18  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio