Millidə kapitanlıq edəcək futbolçu bəlli oldu

19:19 - 22 May 2018

İngiltərə millisinin dünya çempionatında kapitanı bəlli olub.

 

Sportal.az xəbər verir ki, kapitanlıq bazubəndini Harri Keyn taxacaq. Yığmanın baş məşqçisi Qaret Soutqeyt və futbolçular 24 yaşlı forvardı kapitan təyin ediblər.

 

Qeyd edək ki, İngiltərə mundilda Belçika, Panama və Tunislə eyni qrupda mübarizə aparacaq.

 

Keyn 2015-ci ildən milliyə dəvət alır.

Xəbər xətti