Türkiyə Super Liqasında baş məşqçi istefaları davam edir

18:51 - 22 May 2018

Türkiyə Super Liqasında baş məşqçi istefalarının ardı-arası kəsilmir.

 

Sportal.az xəbər verir ki, bu dəfə "Göztəpə" baş məşqçisinə qapını göstərib. İzmir təmsilçisi Tamer Tuna ilə yolları qarşılıqlı razılaşma əsasında ayırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Qeyd edək ki, 41 yaşlı mütəxəssis ötən ildən "Göztəpə"ni çalışdırırdı. Tamer Tuna 2015/17-ci illərdə "Beşiktaş"ın baş məşqçisi Şenol Günəşin "sağ əli" olub.

 

"Göztəpə" Super Liqada mövsümü 49 xalla 6-cı pillədə bitirib.

Xəbər xətti