Nazarovun komandası 2-ci Bundesliqada qaldı

00:17 - 23 May 2018

Almaniya 2-ci Bundesliqasının düşmə qrupunda cavab pley-off oyunu keçirilib.

 

Sportal.az xəbər verir Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu, mövsümü 16-cı pillədə başa vuran “Aue” öz meydanında 3-cü Bundesliqanı 3-cü pillədə tamamlayan “Karlsrue” ilə qarşılaşıb.

 

Matç Nazarovun komandasının 3:1 hesablı qələbəsi ilə nəticələnib. Dmitri sabiq komandasına qarşı oyunda 71-ci dəqiqədə meydana çıxıb.

 

Komandalar arasında keçilən ilk matçda hesab açılmadığından, iki qarşılaşmanın nəticəsinə görə, “Ersgebirge” gələn mövsüm üçün 2-ci Bundesliqadakı yerini təmin edib.

Xəbər xətti