"Qarabağ"da növbəti ayrılıq

00:52 - 23 May 2018

Ardıcıl 5-ci dəfə Premyer Liqada qalib olaraq Çempionlar Liqasında ölkəmizi təmsil edəcək "Qarabağ"da növbəti ayrılıq baş tutub.

 

Sportal.az-ın məlumatına görə, Ağdam klubu müdafiəçisi Arif Daşdəmirovla yolları ayırıb. 31 yaşlı futbolçunun başa çatan müqaviləsi yenilənməyib.

 

Qeyd edək ki, Daşdəmirov 2016-cı ildə "Qəbələ"dən Ağdam klubuna keçmişdi.

 

Əlavə edək ki, "Qarabağ" Pedro Enrike, Riçard Almeyda, Əfran İsmayılovla da yolları ayırıb.

Xəbər xətti