"Lion"dan ayrılmağa qərar verdi

01:07 - 23 May 2018

"Lion"da göstərdiyi möhtəşəm performansla Avropa nəhənglərinin transfer radarına düşən Nabil Fekir açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Fransa millisi ilə dünya çempionatına yollanacaq futbolçu "Lion"dan ayrılacağını bəyan edib: "Bu komanda üççün hər şeyimi verdim. Artıq vaxt gəlib, ayrılıram".

 

Qeyd edək ki, Nabil Fekirin "şirlər"lə 2020-ci ilə qədər müqaviləsi var. 24 yaşlı hücumçu bu mövsüm 39 oyuna 23 qol vurub, 7 assist edib.

Xəbər xətti