Millimiz Bolqarıstana məğlub oldu

10:14 - 23 May 2018

Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışında olan  19 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası yoldaşlıq oyunu keçirib. 
 

Sportal.az xəbər verir ki, Bolqarıstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan komandamız məğlub olub - 1:2. Yığmamızın yeganə qolunu Sona Rəhimova vurub.

 

Bu komandalar arasında növbəti oyun mayın 25-də keçiriləcək.

Xəbər xətti