"Zirə" serbiyalı futbolçu ilə müqavilə imzalayacaq? AÇIQLAMA

11:24 - 23 May 2018

Serbiyalı yarımmüdafiəçi Milan Duriçin "Zirə" ilə müqaviləsi başa çatıb.

 

Sportal.az saytına açıqlama verən 30 yaşlı yarımmüdafiəçi müqaviləni hələ uzatmadığını deyib:

 

"Yeni müqavilə imzalamamışam. Hazırda azad agentəm. Gələcəkdə nə olacağını birlikdə görəcəyik".

 

Qeyd edək ki, Duriç 2016-cı ildən "qartallar"da çıxış edir. O, cari mövsüm Topaz Premyer Liqasında 22 oyun keçirib və 5 qola imza atıb.

Xəbər xətti