Klubunda son dəfə forma geydi, "Qarabağ"a gəlir

13:37 - 23 May 2018

Adı uzun müddətdi "Qarabağ"la hallanan Xama Billiat Cənubi Afrika Respublikasının "Mamelodi Sandaunz" klubunda son görüşünü keçirib. CAR təmsilçisi Afrika Çempionlar Liqasının qrup mərhələsinin II turunda Qvineyanın “Horoya” klubunun qonağı olub və 2:2 hesablı heç-heçə edib. Komandasının ikinci qoluna Billiat imza atıb.

 

Sportal.az xəbər verir ki, yerli mətbuat Xama Billiatın "Mamelodi Sandaunz"da son oyununu keçirdiyini yazıb. Xəbərdə qeyd edilib ki, Zimbabve millisinin üzvünün növbəti dayanacağı Azərbaycan olacaq.

 

Billiat universallığı ilə seçilir. O, hücumun cinahlarında və mərkəzində oynayır. Bununla yanaşı, Xamanın hər iki ayağı işləkdir.

 

Qeyd edək ki, 2013-cü ildən "Mamelodi Sandaunz"un formasını geyinən 27 yaşlı oyunçu Zimbabve millisinin üzvüdür.

Xəbər xətti