Finlandiya millisinin üzvü "Bayer"də

15:18 - 23 May 2018

Bundesliqada başa çatan mövsümü 5-ci pillədə tamamlayan “Bayer” heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Leverkuzen təmsilçisi “Ayntraxt”ın qapıçısı Lukaş Qradetskini transfer edib. Slovakiya əsilli finlandiyalı əlcək sahibi ilə 2023-cü ilə kimi müqavilə bağlanıb.

 

Finlandiya millisinin üzvü olan 28 yaşlı qapıçı TPS, “Brondbü”, “Esbyerq” kimi klublarda çıxış edib.

Xəbər xətti