"Sumqayıt"da qalmağa qərar verməmişəm" AÇIQLAMA

15:54 - 23 May 2018

Bəxtiyar Həsənalızadənin "Sumqayıt"la müqavilə müddəti başa çatıb.

 

Sportal.az-a açıqlama verən 26 yaşlı müdafiəçi gələcək karyerası haqda danışıb. O, yekun qərar vermədiyini bildirib:

 

"Hələ qəti qərarımı verməmişəm. Komandadan vaxt istəmişəm. Mayın sonlarında və ya iyunun əvvəllərində bütün suallar cavabını tapacaq".

 

Həsənalızadə digər komandalardan təklif alacağı təqdirdə dəyərləndirəcəyini sözlərinə əlavə edib:

 

"Sumqayıt"da qalmağa qərar verməmişəm. Qala da bilərəm, gedə də. Hər şey gələn təkliflərdən asılı olacaq. Komandamdan konkret təklif gözləyirəm. Başqa klublardan təklif olsa, dəyərləndirməyə hazıram. Hələ gözləyirəm".

 

Qeyd edək ki, çempionatın ən etibarlı müdafiəçilərindən biri olan Bəxtiyar Həsənalızadə Premyer Liqada 27 oyun keçirib və iki qola imza atıb.

Xəbər xətti